02:27
18°C
Bakı
ABŞ Prezidenti Donald Tramp Şarm əş-Şeyxdə Qəzza Sammiti çərçivəsində çıxışı zamanı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.
Moderator.az-ın məlumatına görə, o, Türkiyə lideri ilə dostluğu yüksək dəyərləndirdiyini vurğulayıb və onu əla, möhtəşəm insan adlandırıb.
"Türkiyədən olan bu bəy dünyanın ən güclü ordularından birinə sahibdir, özünün iddia etdiyindən qat-qat güclü orduya. O, şan-söhrət axtarmır, sadəcə dinc qalmasını istəyir. O, möhkəm insandır, mənim həmişə dostum olub və hər dəfə ona ehtiyacım yarandığı zaman yanımda olub", - Tramp deyib.