ABŞ-də güclü zəlzələ baş verə bilər
Dünya
338
13 Oct 2025 | 20:30

ABŞ-də güclü zəlzələ baş verə bilər

ABŞ-də Kaliforniya, Oreqon və Vaşinqton sahilləri boyunca yerləşən tektonik plitədə yaranan çatlar güclü zəlzələyə səbəb ola bilər.

Moderator.az xəbər verir ki, bu barədə “New York Times” alimlərə istinadla məlumat yayıb.

“Tektonik risklər arasında Kaliforniyada San Andreas çatlar zonasında meqa-zəlzələ təhlükəsi olduqca böyükdür. Ən qorxulusu isə Kaskadiya subduksiya zonasındakı çatlardır.

Ekspertlər bildiriblər ki, Huan de Fuka tektonik plitəsi digər iki plitənin arasında sıxışdığı üçün böyük təzyiq altındadır və bu, yeni çatların əmələ gəlməsinə səbəb ola bilər.

Xatırladaq ki, sentyabrda ABŞ-nin nəzarətində olan Aleut adaları yaxınlığında 6 bal gücündə zəlzələ qeydə alınıb. Episentri Alyaska, Nikolski kəndindən 87 kilometr cənub-qərbdə yerləşən zəlzələnin dərinliyi 10 kilometr olub.

Link kopyalandı!
Son xəbərlər