Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti (DTX) "İmedi" televiziya şirkətinin müraciəti əsasında təxribat maddəsi ilə araşdırmalara başlayıb.
Moderator.az xəbər verir ki, qurumun məlumatında deyilir:
"İstintaq "İmedi" telekanalının efirinin naməlum səbəbdən kəsilməsi ilə bağlı başlanıb. Hadisə oktyabrın 13-də, saat 17:48-də baş verib və televiziya təxminən 45 dəqiqə ərzində efirə çıxa bilməyib.
"Teleİmedi" ilə yanaşı, holdinqə daxil olan iki digər şirkətin - "MalevDS" və "Malev DS"in yayımı da eyni vaxtda dayandırılıb".
DTX hadisə ilə bağlı bütün mümkün versiyaları araşdırır. Araşdırmalar davam edir.
Gürcüstanın "İmedi" Televiziya Şirkəti yayımın naməlum səbəbdən təxminən 45 dəqiqə dayandığını bildirib.
Moderator.az xəbər verir ki, Kanal hadisə ilə bağlı hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb.
Televiziya şirkətinin açıqlamasında qeyd olunur ki, hazırda nasazlığın səbəbi araşdırılır və "İmedi" hadisənin texniki xətadan yox, cinayət xarakterli müdaxilədən qaynaqlanma ehtimalını da istisna etmir.
"Yayım qəfildən dayandı və hələlik bunun səbəbi məlum deyil. Biz artıq hüquq-mühafizə orqanları ilə əlaqə saxlamışıq və xətanın səbəblərini müəyyənləşdirməyə çalışırıq", – açıqlamada qeyd edilib.
Hazırda "İmedi"nin yayımı bərpa olunub. Araşdırmanın nəticələri barədə əlavə məlumatın təqdim ediləcəyi bildirilib.