00:43
18°C
Bakı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Giorgiya Meloniyə siqareti tərgitməyi tövsiyə edib.
Moderator.az xəbər verir ki, iki ölkə liderinin Misirdə keçirilən "sülh sammiti" çərçivəsində qısa söhbətinin görüntüləri sosial şəbəkələrdə yayılıb.
Meloni və Fransa Prezidenti Emmanuel Makronla kuluarlarda söhbət edən Ərdoğan xanım siyasətçiyə "Möhtəşəm görünürsünüz. Amma sizi siqareti tərgirməyə məcbur etməliyəm",.
Türkiyə Prezidentinin tövsiyəsi söhbət iştirakçılarının müsbət reaksiyasına səbəb olub. Makron isə qeyd edib ki, Melonini siqareti tərgitməyə məcbur etmək mümkün deyil.