"Heç bir dəyər verilməyən əsgərlər cəbhədə "top yemi"nə çevrilir..."
Rusiyanın hərbi əməliyyatlarda verdiyi itkilər inanılmazdır və bu, hər bir əsgərin həyatının Kremlin üçün heç bir dəyəri olmadığını göstərir.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri yazıb.
Nəşrin məlumatına görə, 2025-ci ilin ilk səkkiz ayında Rusiya ordusu 281 mindən çox hərbi itki verib. Ukrayna kəşfiyyatına görə, bu rəqəmlər Rusiyanın rəsmi sənədlərindən sızan məlumatlara əsaslanır. Sənəddə qeyd olunur: 86 744 əsgər həlak olub, 33 966 itkin düşüb, 158 529 yaralanıb və 2311 nəfər əsir götürülüb. "Mediazona" layihəsi BBC ilə birgə artıq 134 mindən çox həlak olanın adını təsdiqləyib, real rəqəmlərin isə daha yüksək olduğu vurğulanır.
Minimal irəliləyişlər - böyük itkilər
Analitiklər bildirir ki, minlərlə ölənə baxmayaraq, Rusiya cəbhədə demək olar ki, heç bir irəliləyiş əldə etməyib. "Frontelligence Insight"-in məlumatına görə, sənəd etibarlıdır və onların qiymətləndirmələri ilə üst-üstə düşür. Analitiklər qeyd edir: "Rəqəmlər gözlənilən intervala uyğundur və itkilər Kremlin müharibəni amansız aparmasının sübutudur". Ukrayna hərbi kəşfiyyatı isə diqqətəlayiq bir göstəriciyə işarə edir: bir həlak olan əsgərə yalnız 1,3 yaralı düşür. Müasir müharibələrdə bu göstərici 1-ə 3 olur, yəni bu, tibb təxıiyənin olmaması və əsgərlərin həyatına tam laqeydlik deməkdir.
Başlanğıcdan bəri milyonluq itkilər
Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının qiymətləndirməsinə görə, 2022-ci ilin tammiqyaslı təcavüzündən bəri Rusiya ordusu həlak olan, yaralı və ya itkin düşmüş əsgərlər daxil olmaqla bir milyondan çox itki verib. Orta lama olaraq, Rusiya gündə təxminən 1000 əsgər itirir. Prezident Vladimir Zelenski avqust ayında qeyd edib: "Rusiyanın itkiləri bizim itkilərimizdən üç dəfə çoxdur". Baş Qərargah rəisi Aleksandr Sırski isə bildirib ki, cəbhə xətti 200 km uzanıb, vəziyyət isə xüsusilə Pokrovsk və Dobropolskoye istiqamətlərində hələ də çətindir. Bununla belə, o əlavə edib: "Ümumilikdə vəziyyət nəzarət altındadır".
Həbsxanalar və Afrika əsgərləri
Rusiya itkiləri hər qiymətə doldurmağa çalışır. "Frontelligence Insight"-in məlumatına görə, 2025-ci ilin ilk yarısında Rusiya Müdafiə Nazirliyi ilə 650-dən çox afrikalı və Yaxın Şərqdən olan əcnəbi müqavilə bağlayıb - bu, keçən ilin iki qatıdır. Onların çoxu pul və "döyüş xarici" vəzifələr barədə saxta vədlərlə cəlb olunub.
Analitiklər bildirir ki, Kremlin qarşısında iki seçim var: ya yeni səfərbərlik elan etmək, ya da canlı qüvvə çatışmazlığı ilə üzləşmək. Cəbhədə isə rus və əcnəbi əsgərlər ümidsiz şəraitlə qarşılaşırlar: Ukrayna dronları fərdi əsgərləri hədəfə alır, artilleriya təchizat yollarını məhv edir, zirehli texnika isə yüksək risk səbəbindən nadir hallarda istifadə olunur.
"Frontelligence Insight"-in qiymətləndirməsinə görə, yalnız 2025-ci ilin iyun ayında Rusiya 10 500-dək əsgər itirib, əksəriyyəti "top yemi" adlandırılan hücumlarda həlak olub. Amerikanın Müharibənin Öyrənilməsi İnstitutu (ISW) bildirir: "Rusiya qoşunları belə itkilər sürətini saxlaya və davam etdirə bilir, baxmayaraq ki, taktiki irəliləyiş çox cüzidir".
Ukrayna cəbhəsindən son xəbərlər
Ukrayna müdafiəçiləri Donetsk vilayətində dörd yaşayış məntəqəsi yaxınlığında rus işğalçılarını geri oturdub, lakin düşmən iki istiqamətdə irəliləyib. "DeepState"-in məlumatına görə, Ukrayna qüvvələri Novoye Şaxovo, Zolotoy Kolodets, Kuçerov Yar və Novopavlovka yaxınlığında düşməni geri oturdub. Düşmən isə Kuçerov Yar və Şaxovo yaxınlığında irəliləyib.
Eyni zamanda, 15-ci briqadanın 3-cü taborunun komandanı, "Karа-Daq" NQK-dan Andrey Kuskov (təxəllüsü "Sezar") bildirib ki, rus işğalçıları logistika problemləri səbəbindən Kupyanska hücum edə bilmir. Rusiya qüvvələri əsas qüvvələrdən Oskol çayı ilə ayrılmış körpüdən hərəkət etməyə məcburdur.