Serbiyada fermerlər etiraz aksiyası keçiriblər
Dünya
399
17:39, Bu gün

Serbiyada fermerlər etiraz aksiyası keçiriblər

Serbiyanın şimalındakı Novı Sad şəhərində fermerlər etiraz aksiyası keçiriblər.

Moderator.az xəbər verir ki, ölkənin hər yerindən traktorlarla gələn müxtəlif fermer təşkilatlarının üzvləri hökumətin kənd təsərrüfatı siyasətinə etiraz ediblər.

Onlar traktorlarla Novı Sadda hökumət binası qarşısına toplaşıblar. Aksiya iştirakçıları fermerlər üçün yanacaq vergilərinin ləğvini, pensiya fondlarına borcların həllini, təsərrüfat kreditləri üzrə faiz dərəcələrinin aşağı salınmasını, quraqlıqdan zərər çəkənlərə dövlət dəstəyini, kənd təsərrüfatı bazarında inhisarçılığın qarşısının alınmasını tələb ediblər.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər