22:56
18°C
Bakı
İğtişaşların bürüdüyü Madaqaskarın Prezidenti Andri Razuelina Fransaya məxsus hərbi təyyarə ilə ölkəni tərk edib.
Moderator.az xəbər verir ki, bu barədə RFI radiostansiyası məlumatlı mənbələrə istinadən bildirib.
Məlumatda deyilir ki, bazar günü helikopter Razuelinanı Madaqaskarın şərq sahilindəki Sent-Mari adasına çatdırıb, orada o, Fransanın dənizaşırı ərazisi olan Reyunyon adasına gedən hərbi təyyarəyə minib, oradan isə ailəsi ilə birlikdə Mavrikiyə və ya Dubaya (BƏƏ) yola düşüb.
Daha əvvəl "Reuters" agentliyi İctimai Təhlükəsizlik Nazirliyinə istinad edərək prezidentin harada olduğunun məlum olmaması barədə məlumat vermişdi.