NATO qırıcıları Estoniyada aşağı hündürlükdə təlim uçuşları keçirəcək
Dünya
441
17:25, Bu gün

NATO qırıcıları Estoniyada aşağı hündürlükdə təlim uçuşları keçirəcək

NATO Hərbi Hava Qüvvələri oktyabrın 13-dən 19-dək Estoniyanın hava məkanında bir sıra qırıcı təyyarələrin təlim uçuşlarını həyata keçirəcək.

Moderator.az ERR-ə istinadən xəbər verir ki, bəzi uçuşlar aşağı hündürlükdə olacaq.

Ən aşağı uçuş hündürlüyü yerdən 152 metr məsafədə nəzərdə tutulub.

Təlimlər zamanı Estoniyanın şimalındakı Haryu bölgəsində magistral yolun bir hissəsi bağlanacaq. Yol alternativ uçuş-enmə zolağı kimi istifadə olunacaq.

Qeyd edək ki, NATO müttəfiqləri hərbi hava qüvvələrinə malik olmayan Baltikyanı ölkələrin səmasına nəzarət edir. 2004-cü ildən etibarən alyansa üzv ölkələrin döyüş təyyarələri Litvanın Zoknyay aviabazasında rotasiya əsasında yerləşdirilir. 2014-cü ildə missiyanın ikinci hissəsi Estoniyadakı Emari aviabazasında yer alıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər