Tramp:
Dünya
441
17:22, Bu gün

Tramp: "İsrail və Yaxın Şərq üçün qızıl dövr başlayır"

"Artıq silahlar, sirenalar susdu və müqəddəs bir torpağın üzərinə nəhayət ki, Günəş doğur".

Moderator.az-ın "Haber Global"a istinadən xəbərinə görə, bu sözləri İsraildə səfərdə olan Donald Tramp Knessetdə (İsrail parlamenti) çıxışı zamanı Qəzzada əldə edilən atəşkəslə bağlı deyib:

"Sevinc və ümid dolu bir gündür. Qaranlıq və əsarət dolu iki ildən sonra 20 girov artıq ailələrinin yanına qayıdır.

Bu, terror və ölüm dövrünün sonudur. İndi ABŞ-də olduğu kimi, İsrail və Yaxın Şərq üçün də qızıl dövr başlayacaq. Bu, bütün bu torpaqlar üçün əlamətdar bir gündür. "Vaxt itirirsiniz" deyənlər çoxdur, amma bizimlə birlikdə işləyən, Yaxın Şərqi sevən insanlar var. Uitkoffa təşəkkür etmək istəyirəm".

"Birinci Dünya müharibəsində qətiyyətlə qalib gəldik. İkinci Dünya müharibəsi də eyni şəkildə. Çox güclü bir ordumuz var. Səkkiz ayda səkkiz müharibəni bitirdik. Dünən 7 deyirdim, bu gün artıq 8 deyirəm, çünki girovlar qayıtdı.

Hər kəs mənim amansız olduğumu düşünürdü. Hillari Klinton mənim hər kəslə müharibəyə girəcəyimi demişdi, amma mənim şəxsiyyətimi və nəticələri görürsünüz. Nazirliyin adını dəyişdirməyimiz müharibəyə girəcəyimiz mənasına gəlmir. Sülhün gücdən doğulduğuna inanırıq, bütün məsələ budur.

ABŞ dünya tarixində ən güclü orduya sahibdir. Heç kimin xəyalını belə qura bilməyəcəyi silahlarımız var. Ən yaxşı silahları istehsal edirik və İsrailə çoxlu silah yardımı etmişik.

İsraili silah dəstəyimizlə gücləndirdik və beləliklə də sülh bərqərar oldu", - deyə Tramp qeyd edib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər