Ərdoğan Netanyahunun sammitdə iştirakını ləğv etdirdi
Dünya
342
17:19, Bu gün

Ərdoğan Netanyahunun sammitdə iştirakını ləğv etdirdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Misirin Şarm əş-Şeyx şəhərində baş tutacaq Sülh Sammitinə İsrail Baş naziri Benyamin Netanyahunun da qatılacağı ilə bağlı məlumat aldıqdan sonra geri qayıtmaq istəyib.

Moderator.az xəbər verir ki, bunu Türkiyənin “Ölkə TV” telekanalının baş direktoru Həsən Öztürk deyib.

Onun sözlərinə görə, Netanyahunun da sammitdə iştirak edəcəyi ilə bağlı yayılan məlumatdan sonra Ərdoğanın təyyarəsi Şarm əş-Şeyx Beynəlxalq Hava Limanına enməkdən imtina edib. Qırmızı dəniz üzərində bir müddət dövrə vuran təyyarə Netanyahunun sammitə qatılmayacağı ilə bağlı məlumat gəldikdən sonra hava limanına eniş edib.

Prezident Ərdoğanın tərəfdaşlarına Netanyahunun qatılacağı sammitdə iştirak etməyəcəyini və Türkiyəyə dönəcəyini bildirməsindən sonra İsrail Baş nazirinin iştirakının ləğv edildiyi bildirilib.

Qeyd edək ki, bu gün ABŞ lideri Tramp İsraildə səfərdə olarkən Netanyahu və Misir Prezidenti Sisi arasında telefon danışığı baş tutmuş və İsrail baş nazirinin fikrini dəyişdiyi, dəvəti qəbul edərək, sammitə qatılacağı haqda məlumat yayılmışdı. Lakin qısa müddət sonra Netanyahunun yenidən fikrini dəyişdiyi və sammitdə iştirak etməyəcəyi elan edildi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər