Pakistan Əfqanıstanla sərhəddə qoşunları yüksək hazırlıq vəziyyətinə gətirib
Dünya
360
16:55, Bu gün

Pakistan Əfqanıstanla sərhəddə qoşunları yüksək hazırlıq vəziyyətinə gətirib

Pakistanın müxtəlif sərhədyanı əyalətlərində ötən həftənin sonunda baş verən şiddətli silahlı toqquşmalardan sonra Əfqanıstanla sərhəddə qoşunlarını yüksək döyüş hazırlığı vəziyyətinə gətirib.

Moderator.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Pakistan təhlükəsizlik qüvvələrinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, iki ölkə arasında uzunluğu 2600 km təşkil edən sərhəddəki bütün keçid məntəqələri bağlanıb, sərhədlərarası ticarət tamamilə dayandırılıb.

"Şənbə günündən Əfqanıstan tərəfindən təxribatsız hücumlardan sonra bütün nəzarət-buraxılış məntəqələri bağlanıb. Oktyabrın 12-də axşam bir neçə atışma baş verib, lakin, ümumiyyətlə, vəziyyət sakit olub", - deyə agentliyin həmsöhbəti dəqiqləşdirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər