İsveç Prokurorluğu Baltik dənizində rabitə kabelinin zədələnməsinin səbəbini açıqladı
Dünya
491
16:50, Bu gün

İsveç Prokurorluğu Baltik dənizində rabitə kabelinin zədələnməsinin səbəbini açıqladı

İsveç Prokurorluğu Baltik dənizində ölkənin Latviya ilə arasındakı rabitə kabelinin zədələnməsinin təsadüfi olduğu qənaətinə gəlib.

Moderator.az xəbər verir ki, bu barədə prokurorluğun mətbuat xidməti məlumat yayıb.

"Prokurorluq Baltik dənizində İsveç və Latviya arasında rabitə kabelini zədələməkdə şübhəli bilinən gəmi ilə bağlı ibtidai istintaqı bağlamaq qərarına gəlib", - mətbuat xidmətinin açıqlamasında bildirilir.

Prokurorluq aydınlaşdırıb ki, kabelin zədələnməsinə hava şəraiti və gəminin nasazlığı səbəb olub.

Yada salaq ki, yanvarın 26-da Latviya və İsveç arasındakı sualtı fiber-optik kabeli Bolqarıstanın "Vejen" yük gəmisi tərəfindən zədələnmişdi.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər