Trampın Knessetdəki çıxışı zamanı təxribat törədildi - VİDEO
Dünya
186
16:17, Bu gün

Trampın Knessetdəki çıxışı zamanı təxribat törədildi - VİDEO

ABŞ Prezidenti Donald Trampın Knessetdəki (İsrail parlamenti) çıxışı zamanı təxribat törədilib.

Moderator.az-ın "The Jerusalem Post"a istinadən verdiyi məlumata görə, insidentə yol verən şəxslər parlament zalından çıxarılıb.

Bildirilib ki, Knesset üzvləri Ayman Odeh və Ofer Kassif Trampın çıxışı zamanı "soyqırımı" yazısı olan plakat qaldıraraq təxribata əl atıblar.

Ayman Odeh - Fələstin-İsrail mənşəli deputat, Ofer Kassif isə kommunist "Hadaş" partiyasını təmsil edir, fraksiyada yeganə yəhudidir.

"Bu, çox təsirli idi", - deyən Tramp nitqini davam etdirib.

Link kopyalandı!
Son xəbərlər