Netanyahu Şarm əl-Şeyxdə keçiriləcək Sülh Sammitinə qatılmaqdan imtina etdi
Dünya
331
15:03, Bu gün

Netanyahu Şarm əl-Şeyxdə keçiriləcək Sülh Sammitinə qatılmaqdan imtina etdi

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampı Qəzza zolağında atəşkəs razılaşmasının imzalanması münasibətilə Şarm əl-Şeyxdə çağırılan Sülh Sammitinə qatıla bilməyəcəyi barədə məlumatlandırıb. O, bu qərarın yəhudilərin 13 oktyabr axşam saatlarında başlayan Simxat-Tora bayramı ilə əlaqədar olduğunu bildirib.
 
Moderator.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə baş nazirin dəftərxanasından məlumat verilib.
 
"Netanyahu bu gün (13 oktyabr - red.) Misirdə baş tutacaq konfransda iştirak etmək üçün ABŞ Prezidenti Donald Tramp tərəfindən dəvət edilib. Baş nazir dəvətə görə Prezident Trampa təşəkkür edib, lakin yaxınlaşan bayramla əlaqədar tədbirdə iştirak edə bilməyəcəyini bildirib", - deyə məlumatda qeyd edilib.
 
Bildirək ki, Misirin Şarm əş-Şeyx şəhərində keçirilən Sülh Sammiti Qəzza zolağında atəşkəs razılaşmasının rəsmi imzalanması münasibətilə çağırılıb. Sammitdə Azərbaycan, ABŞ, Böyük Britaniya, Almaniya, İndoneziya, İordaniya, İtaliya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Səudiyyə Ərəbistanı, Türkiyə və Fransanın liderləri və digər rəsmi şəxslərin iştirakı gözlənilir.
Link kopyalandı!
Son xəbərlər