Yeni müharibə ssenarisi işə düşür: Əfqanıstan-Pakistan sərhədində nələr baş verir?
Dünya
636
13:31, Bu gün

Yeni müharibə ssenarisi işə düşür: Əfqanıstan-Pakistan sərhədində nələr baş verir?

Dünya yeni bir gərginlik ocağının şahididir. Əfqanıstan və Pakistan arasında son günlərdə baş verən silahlı toqquşmalar nəticəsində ölənlərin sayı artıb. Hər iki tərəf sərhəd bölgələrində əlavə hərbi qüvvələr yerləşdirib, keçid məntəqələri bağlanıb. Qısa müddətdə alovlanan bu qarşıdurma regionda vəziyyəti daha da gərginləşdirib. Bəs bu toqquşmanın arxasında hansı maraqlar və qüvvələr dayanır? 
Moderator.az-a danışan Azərbaycan Ümid Partiyası Mərkəzi Aparatının rəhbəri, politoloq Taleh Əliyev deyib ki, Əfqanıstan və Pakistan arasında sərhəd üzərində konflikt zaman-zaman yaşanıb. Onun sözlərinə görə, xüsusilə Talibanın yenidən Əfqanıstanda hakimiyyətə gəlməsindən sonra bu istiqamətdə hərəkətlilik müşahidə olunur:
 
“Son baş verən hadisələr həm miqyasına görə, həm də daha çox  artilleriyanın işə cəlb olunmasına görə, istər-istəməz Hindistan-Pakistan arasında yaxınlarda baş verən münaqişənin nəticələrini xatırladır. Bildiyiniz kimi, son hadisələrdən bir neçə gün əvvəl Əfqanıstanın naziri Hindistana səfər etmişdi. Görünür, Hindistan öz əzəli  rəqibi Pakistanı zəiflətmək üçün Talibanın da bu münaqişəyə dolayısı ilə qatılmasında maraqlıdır. Eyni zamanda bir müddət əvvəl Donald Tramp Taliban hakimiyyətindən tələb etmişdi ki, Baqram hərbi bazası Amerikaya qaytarılsın. BMT Baş Assambleyasının 80-ci sessiyasından sonra Pakistan baş nazirinin Trampla görüşü də bu proseslərin gedişinə təsir göstərir. Proseslərin növbəti mərhələsi göstərəcək ki, hadisələr lokal xarakter daşıyacaq, yoxsa irimiqyaslı hərbi əməliyyatlara gətirib çıxaracaq”.
 
 
Mehin Mehmanqızı
 
Link kopyalandı!
Son xəbərlər