Samvel Karapetyana qarşı daha bir ittiham irəli sürüldü
Dünya
186
12:23, Bu gün

Samvel Karapetyana qarşı daha bir ittiham irəli sürüldü

Ermənistanda saxlanılan Rusiya vətəndaşı olan iş adamı Samvel Karapetyana qarşı növbəti ittiham irəli sürülüb.
 
Moderator.az xəbər verir ki, bu barədə sahibkarın vəkilləri məlumat yayıblar.
 
S.Karapetyanın müdafiəçilərinin iddiasına görə, iş adamına heç bir qanuni əsas olmadan daha bir ittiham elan olunub.
 
İyunun 18-də Ermənistan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Karapetyanı saxlayıblar. O, hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlarda ittiham olunur.
 
Sahibkar isə ittihamları rədd edir.
 
İrəvan məhkəməsi iyunda onun barəsində iki aylıq həbs qətimkan tədbiri seçib. Avqustun 15-də Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsi onun həbs müddətini daha iki ay uzadıb.
Link kopyalandı!
Son xəbərlər