Bu ölkə Ukraynaya hərbi gəmi verdi
Dünya
491
08:56, Bu gün

Bu ölkə Ukraynaya hərbi gəmi verdi

Hollandiya Ukrayna Hərbi Dəniz Qüvvələrinə “Alkmaar” minaaxtaran gəmisini təhvil verib.
 
Moderator.az Unian-a istinadən xəbər verir ki, məlumatı Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı Aleksiy Neyjpapa açıqlayıb: "Biz bu yaxınlarda tərəfdaşlarımızdan "Alkmaar" sinifli mina əleyhinə gəmi aldıq və ilin sonuna kimi daha bir gəminin təhvil verilməsini gözləyirik. Artıq ekipaj hazırlığı gedir".
 
Qeyd olunur ki, Ukrayna Hərbi Dəniz Qüvvələrinin Ali Baş Komandanı oktyabrın 13-də Hollandiyanın müdafiə naziri Ruben Brekelmans və Hollandiya Silahlı Qüvvələrinin baş komandanı general Onno Eyxelsheym ilə görüşüb, gələcək əməkdaşlığın perspektivlərini müzakirə edib.
 
Keçən ay Hollandiya Müdafiə Nazirliyi Kiyevə hərbi yardım üçün ayrılan büdcənin bir hissəsini 2026-cı ildən 2025-ci ilə keçirməklə Ukraynaya silah tədarükünü sürətləndirəcəyini açıqlamışdı. Bundan başqa, Krallıq Ukrayna hərbi personalının təlimində iştirak edir. 2022-ci ildən bəri təxminən Ukrayna Silahlı Qüvvələrinin 60 min şəxsi heyəti Hollandiyanın dəstəyi ilə təlim keçib.
Link kopyalandı!
Son xəbərlər