Bizi sosial şəbəkələrdən izləyin:
Tokio turistlər arasında ən populyar böyük şəhər, Viktoriya isə ən sevimli kiçik şəhər seçilib.
Moderator.az xəbər verir ki, səsvermə "Condé Nast Traveler" tərəfindən keçirilib.
Reytinq 750.000-dən çox səs əsasında tərtib edilib.
Kanadanın Viktoriya şəhəri kiçik şəhərlərin reytinqinə başçılıq edib. Turistlər açıq havada istirahət imkanlarını, bərə keçidlərini və spa hotellərini yüksək qiymətləndiriblər.
Tokio isə böyük şəhərlər arasında birinci yeri tutub. Yaponiyanın paytaxtı müasir göydələnlər və qədim məbədlərin birləşməsi, eləcə də dünyanın ən böyük "Michelin" ulduzlu restoranları ilə səyahətçiləri valeh edib. /Oxu.az/