02:33
0°C
Bakı
ABŞ Prezidenti Donald Tramp təxminən 870 milyon dollar dəyərində "Bitcoin"ə malikdir və bu, onu dünyada bu kriptovalyutanın ən böyük sahiblərindən birinə çevirir.
Moderator.az xəbər verir ki, bu barədə "Forbes" məlumat yayıb.
Maraqlıdır ki, belə böyük sərvət prezidentin rəsmi maliyyə açıqlamalarında yer almır və "Trump Organization" saytında qeyd edilmir.
Belə ki, dövlət başçısı kriptovalyutanın birbaşa deyil, dolayı sahibidir. Tramp öz payını "Nasdaq"da səhmləri satılan və "Truth Social"ın operatoru olan "Trump Media Technology Group"un mülkiyyətində saxlayır.