Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının alimləri Günəşdə qeyri-adi böyük protuberansın (Günəşin kənarında çıxıntı şəklində və ya səthində qara "ləkələr" kimi müşahidə olunan plazma kütləsi - red.) meydana gəldiyini bildiriblər.
Moderator.az bildirir ki, bu barədə Günəş Astronomiyası Laboratoriyası "Telegram" kanalında məlumat yayıb.
Alimlər bildiriblər ki, Günəşin şimal-şərqində tamamilə qeyri-adi ölçüdə protuberans formalaşıb. Onların məlumatına görə, Günəş onu hissələr halında fəzaya atmağa çalışır, lakin bu cəhdlər hələ ki, uğurla nəticələnməyib.
Tədqiqatçılar qeyd ediblər ki, təxminən 90% ehtimalla protuberans qarşıdakı 24 saat ərzində tam şəkildə atılacaq.
Alimlər, həmçinin aydınlaşdırıblar ki, kütlənin atılması zamanı hissəciklər Merkuriyə təsir göstərə bilər, əgər protuberans Günəşdə daha 3-4 gün qalsa, potensial təhlükə Yerə də yayıla bilər.