Alimlər Günəşdə qeyri-adi kütlə aşkarlayıblar
Dünya
561
17:20, Bu gün

Alimlər Günəşdə qeyri-adi kütlə aşkarlayıblar

Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının alimləri Günəşdə qeyri-adi böyük protuberansın (Günəşin kənarında çıxıntı şəklində və ya səthində qara "ləkələr" kimi müşahidə olunan plazma kütləsi - red.) meydana gəldiyini bildiriblər.

Moderator.az bildirir ki, bu barədə Günəş Astronomiyası Laboratoriyası "Telegram" kanalında məlumat yayıb.

Alimlər bildiriblər ki, Günəşin şimal-şərqində tamamilə qeyri-adi ölçüdə protuberans formalaşıb. Onların məlumatına görə, Günəş onu hissələr halında fəzaya atmağa çalışır, lakin bu cəhdlər hələ ki, uğurla nəticələnməyib.

Tədqiqatçılar qeyd ediblər ki, təxminən 90% ehtimalla protuberans qarşıdakı 24 saat ərzində tam şəkildə atılacaq.

Alimlər, həmçinin aydınlaşdırıblar ki, kütlənin atılması zamanı hissəciklər Merkuriyə təsir göstərə bilər, əgər protuberans Günəşdə daha 3-4 gün qalsa, potensial təhlükə Yerə də yayıla bilər.

Link kopyalandı!
Son xəbərlər