Zelenski Makronla əlavə silah tədarükü məsələsini müzakirə edib
Dünya
1031
12 Oct 2025 | 16:40

Zelenski Makronla əlavə silah tədarükü məsələsini müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla telefon danışığı aparıb.

Moderator.az xəbər verir ki, bu barədə Ukrayna lideri özünün "Telegram" kanalında məlumat verib.

Zelenski Fransaya Ukrayna xalqının müdafiəsi üçün gördüyü işlərə görə təşəkkürünü bildirib. O həmçinin Ukraynanın prioritet ehtiyacları olan hava hücumundan müdafiə sistemləri və raketlər barədə həmkarını məlumatlandırıb.

"Biz digər tərəfdaşlarla təmaslarımızı və qarşıdakı həftələr üçün diplomatik addımlarımızı da koordinasiya etdik. Rusiyaya təzyiqi artırmaq üzərində işləyirik", – deyə paylaşımda qeyd olunub.

Link kopyalandı!
Son xəbərlər