Venesuelalı siyasətçi və 2025-ci il Nobel Sülh mükafatı laureatı Mariya Korina Maçado ABŞ Prezidenti Donald Trampın da bu nüfuzlu mükafata layiq olduğunu bəyan edib.
Moderator.az xarici KİV-ə istinadən xəbər verir ki, Maçado Trampın 2026-cı ildə Nobel Sülh mükafatı almasının ədalətli olacağını bildirib.
“Sadəcə həqiqəti demək istəyirəm. Mən inanıram ki, o, bu ada tamamilə layiqdir”, – deyə Maçado qeyd edib.
Onun sözlərinə görə, Tramp qısamüddətli hakimiyyəti dövründə bir sıra beynəlxalq münaqişələrin qarşısını alıb və bəzi bölgələrdə, xüsusilə Yaxın Şərqdə gərginliyin azaldılmasına töhfə verib.
Xatırladaq ki, Mariya Korina Maçado bu il Nobel Sülh mükafatını demokratik dəyişikliklər uğrunda apardığı mübarizəyə görə alıb. O, Venesuelada azadlıq və insan haqları naminə fəaliyyətinə görə beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib.