Pakistan Əfqanıstanla sərhədini bağladı
Dünya
568
15:55, Bu gün

Pakistan Əfqanıstanla sərhədini bağladı

Pakistan baş verən toqquşmalardan sonra Əfqanıstanla sərhədi bağlayıb.

Moderator.az xəbər verir ki, bu barədə “Röyters” Pakistan rəsmilərinə istinadla məlumat yayıb.

“Pakistan bazar günü Əfqanıstanla iki əsas - Torkham və Çaman, 3 kiçik - Harlaç, Anqur Adde və Qulam Xandakı sərhəd-keçid məntəqələrini bağlayıb”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, oktyabrın 11-də Əfqanıstan silahlıları Pakistanın dövlət sərhədinin mövqelərinə hücum ediblər, nəticədə Pakistan hərbçiləri həlak olub.

Link kopyalandı!
Son xəbərlər