Nigeriya yığması təyyarə qəzası təhlükəsi ilə üzləşib
Dünya
1041
15:50, Bu gün

Nigeriya yığması təyyarə qəzası təhlükəsi ilə üzləşib

Dünya çempionatının seçmə oyunundan sonra Lesotodan qayıdan Nigeriya millisinin təyyarəsinin ön şüşəsi çatlayıb.

Moderator.az xəbər verir ki, pilotlar Anqolaya məcburi eniş ediblər.

Nigeriya Futbol Federasiyası hadisə ilə bağlı açıqlama yayıb.

Bildirilib ki, futbolçuların və rəsmilərin sağlamlıqla bağlı heç bir problemi yoxdur.

Federasiya ölkəyə təhlükəsiz şəkildə çatmaq üçün yeni bir təyyarə tələb etdiklərini qeyd edib.

Xatırladaq ki, Nigeriyanın 2:1 hesabı ilə qalib gəldiyi Lesoto matçında Ndidi 90 dəqiqə oynayıb, Osimhen isə 89-cu dəqiqədə əvəzlənib.

Link kopyalandı!
Son xəbərlər