Əfqanıstanla toqquşmada Pakistanın 23 hərbçisi həlak olub, 29 nəfər yaralanıb
Dünya
568
15:20, Bu gün

Əfqanıstanla toqquşmada Pakistanın 23 hərbçisi həlak olub, 29 nəfər yaralanıb

Oktyabrın 11-də Əfqanıstan yaraqlılarının Pakistanla dövlət sərhədində törətdiyi təxribat nəticəsində həlak olanların və yaralananların sayı açıqlanıb.

Moderator.az "Daily Pakistan"a istinadən xəbər verir ki, bu barədə Pakistan Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Əfqanıstan tərəfinin hücumu nəticəsində Pakistan ordusunun 23 hərbçisi həlak olub, 29 nəfər isə yaralanıb.

Nazirlik qarşı tərəfinin itkilərinin sayının 200-dən çox olduğunu açıqlayıb. Bundan başqa, 21 mövqedə müvəqqəti nəzarət təmin olunduğu bildirilib.

Xatırladaq ki, oktyabrın 11-də Əfqanıstan yaraqlıları dövlət sərhədində Pakistanın mövqelərinə hücum ediblər.

Link kopyalandı!
Son xəbərlər