19:20
0°C
Bakı
Yəmənin "Ənsar Allah" hərəkatından olan husilər İsrail tərəfindən Qəzza zolağında atəşkəs razılaşmasına əməl olunacağı təqdirdə, bu ölkəni atəşə tutmağı və Qırmızı dənizdə onunla bağlantılı olan gəmilərə hücumları dayandıracaqlar.
Moderator.az bildirir ki, bu barədə "RİA Novosti" agentliyi hərəkatın siyasi bürosunun üzvü Huzam əl-Əsədə istinadla məlumat yayıb.
Əl-Əsəd əlavə edib ki, əgər İsrail Qəzzadakı fələstinlilərə qarşı "təcavüz və blokadanı" bərpa edərsə, husilər ona təzyiq göstərməkdən ötrü hərbi əməliyyatları əvvəlkindən daha intensiv şəkildə davam etdirəcəklər.