19:20
0°C
Bakı
HƏMAS artıq bu gün sağ qalmış 20 israilli girovu azad edə biləcəyini təsdiqləyib.
Moderator.az-ın xəbərinə görə, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Qeyd edilib ki, HƏMAS bu barədə ərəb ölkələri vasitəsilə İsrailə mesajını çatdırıb.
İsrail rəsmiləri artıq girovları bu gün axşam qəbul etməyə hazır olduqlarını, ancaq yenə də girovların azad edilməsi üçün oktyabrın 13-nün daha real tarix olduğunu bildiriblər.
Qeyd edək ki, HƏMAS həm də 28 israilli girovun meyitini qaytarmalıdır.
Bu arada Qəzzaya İsrail istiqamətindən Kerem Şalom keçid məntəqəsindən ilk humanitar yük maşınları da bu gündən daxil olmağa başlayıb.