22:31
0°C
Bakı
Türkiyə və Suriyanın yüksək səviyyəli təhlükəsizlik və diplomatiya nümayəndələri əməkdaşlıq və aktual regional məsələləri müzakirə etmək üçün Ankarada görüş keçirib.
Moderator.az xəbər verir ki, toplantıda Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Gülər və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın iştirak edib.
Suriyanı isə xarici işlər naziri Əsəd Həsən Şeybani, milli müdafiə naziri Murhef Əbu Kasra və kəşfiyyat rəhbəri Hüseyn əl-Sələme təmsil edib.
Görüşdə SDG/YPG terror təşkilatının Şam hakimiyyətinə inteqrasiyası prosesi və İsrailin bölgədə artan aqressiv fəaliyyətinin qarşısının alınması kimi kritik məsələlərin müzakirə olunacağı gözlənilir.