Əfqanıstan Pakistanla döyüşlərdə verdiyi itkiləri açıqlayıb
Dünya
442
14:20, Bu gün

Əfqanıstan Pakistanla döyüşlərdə verdiyi itkiləri açıqlayıb

"Pakistan-Əfqanıstan sərhədində baş verən gecə döyüşlərində doqquz Əfqanıstan hərbçisi həlak olub, 16-sı isə yaralanıb".

Moderator.az "Tolo News" agentliyinə istinadən xəbər verir ki, bunu Əfqanıstan hökumətinin nümayəndəsi Zəbiullah Mücahid deyib.

Eyni zamanda, Kabilin versiyasına görə, Pakistan hərbçilərinin itkiləri 58 nəfər olub, 30 əsgər isə yaralanıb. Pakistan bu məlumatı təsdiq etməyib. Öz növbəsində Pakistanın "Dunya News" agentliyi yazır ki, Əfqanıstan tərəfindən onlarla əsgər həlak olub.

Xatırladaq ki, Pakistan və Əfqanıstan arasında silahlı qarşıdurma oktyabrın 11-də baş verib.

Link kopyalandı!
Son xəbərlər