Nobel İnstitutunun direktoru Sülh mükafatının qalibi barədə məlumatların oğurlandığını istisna etməyib
Dünya
913
14:07, Bu gün

Nobel İnstitutunun direktoru Sülh mükafatının qalibi barədə məlumatların oğurlandığını istisna etməyib

"Norveç Nobel Komitəsi Sülh mükafatı laureatı haqqında məlumatın rəsmi elan edilməzdən əvvəl casusluq yolu ilə əldə edilə biləcəyini istisna etmir".

Moderator.az VG nəşrinə istinadən xəbər verir ki, bunu Komitənin katibi və Norveç Nobel İnstitutunun direktoru Kristian Berq Harpviken bildirib.

Qeyd edək ki, ABŞ-nin "Polymarket" platformasında venesuelalı Mariya Korina Maçadonun mükafat alacağı üzrə mərclərin kəskin artması Komitə tərəfindən məlumat sızması barədə yoxlamaların aparılmasına səbəb olub.

"Biz hələ dəqiq nə baş verdiyini müəyyən etməmişik, amma ən çox ehtimal odur ki, casusluğa məruz qalmışıq. Ola bilər ki, indiki halda kimsə məlumatları oğurlamağı bacarıb", - deyə Harpviken qeyd edib.

Xatırladaq ki, bu il Nobel Sülh mükafatı Venesueladan olan siyasətçi və ictimai xadim Mariya Korina Maçadoya verilib.

Link kopyalandı!
Son xəbərlər