Macarıstanın baş naziri Viktor Orban Avropa İttifaqını müharibəyə sürükləməkdə ittiham edib və belə planlara qarşı imza kampaniyasına başladığını açıqlayıb.
Moderator.az xəbər verir ki, bu barədə o, "Facebook" səhifəsində paylaşıb edib.
Orban bildirib ki, Avropa sürətlə müharibəyə doğru irəliləyir:
“Bizi isti bir payız gözləyir. Bir neçə həftə öncə Kopenhagen şəhərində Brüsselin hərbi planı təqdim olundu: Avropa ödəyir, ukraynalılar döyüşür, Rusiya isə nəticədə tükənəcək. Bunun nə qədər davam edəcəyi və hansı xərclər tələb edəcəyi isə məlum deyil. Brüssel isə sadəcə xəyal qurmaqla kifayətlənib”.
Baş nazir vurğulayıb ki, Macarıstan belə planlara qarşıdır və vətəndaşları imza verərək “macarlar müharibə istəmir” mesajını göstərməyə çağırıb:
“Biz əlimizdə olanları etmədən otura bilmərik. Macarıstan xalqı müharibə istəmir və bunu bir daha nümayiş etdirməliyik. Buna görə də bu gün Brüsselin hərbi planlarına qarşı imza toplama kampaniyasına başlayırıq. Bütün şəhərlərdə və kəndlərdə olacağıq, çünki indi bizə bütün sülhsevər macarlar lazımdır”.