22:10
0°C
Bakı
Rusiya Silahlı Qüvvələri Ukraynanın hərbi-sənaye kompleksinin fəaliyyətini təmin edən yanacaq-enerji infrastrukturu obyektlərini vurub.
Moderator.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.
Bildirilib ki, hücumlar hava və raket zərbələri, eləcə də artilleriya və pilotsuz uçuş aparatları vasitəsilə həyata keçirilib.
Nazirliyin məlumatına görə, döyüş təmas xətti boyunca aparılan hücumlar zamanı Ukrayna hərbçilərinin və xarici muzdluların müvəqqəti yerləşdiyi 137 bölgə hədəf alınıb.
Məlumatda həmçinin qeyd olunub ki, Rusiya hava hücumundan müdafiə qüvvələri son sutka ərzində doqquz “HIMARS” reaktiv mərmisi, uzaqmənzilli “Neptun” gəmiəleyhinə raketi və 72 pilotsuz uçuş aparatını məhv edib.