Kanada Ukraynanın enerji infrastrukturunun qorunması sahəsində dəstək göstərməyə hazırdır.
Moderator.az xəbər verir ki, bu barədə Kanadanın Baş naziri Mark Karni Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqların nəticələrinə dair açıqlamasında bildirib.
Karni vurğulayıb ki, Kanada Ukrayna ilə birgə yeni imkanlar axtarır, həmçinin ölkəyə qış mövsümü öncəsi kifayət qədər təbii qaz təmin etməyə çalışır. Baş nazir əlavə edib ki, Kanada artıq Ukraynaya 12,4 milyard ABŞ dolları məbləğində maliyyə yardımı göstərib.
Qeyd edək ki, 10 oktyabrda Rusiya Silahlı Qüvvələrinin Ukraynaya genişmiqyaslı hücumu nəticəsində ölkədə enerji təminatı kritik vəziyyətə düşüb. Kiyevin bor çox rayonlarına elektrik enerjisi verilişi dayandırılıb, nəqliyyat, su və rabitə xidmətlərində ciddi problemlər yaranıb. Ali Rada binasına su tanker vasitəsilə gətirilib, hökumət binasına isə bio-tualetlər quraşdırılıb. Eyni zamanda, Poltava, Xarkov, Sumı və digər vilayətlərdə də işıqsız qalan ərazilər olub.