Madaqaskar Prezidenti Andri Radzuelina hakimiyyətin qanunsuz və zorakılıqla ələ keçirilməsinə cəhd göstərildiyini bəyan edib.
Moderator.az bu barədə AFP agentliyinə istinadən xəbər verir.
"Hazırda konstitusiyaya və demokratik prinsiplərə zidd olaraq hakimiyyətin qanunsuz və zorakılıqla ələ keçirilməsiminə cəhd göstərilir" - deyə o vurğulayıb.
Xatırladaq ki, sentyabrın 25-də Madaqaskarda "Z nəsli" hərəkatının təşkil etdiyi etiraz aksiyaları başlayıb. İlkin olaraq etirazçılar su və elektrik enerjisi, səhiyyə sisteminin vəziyyəti və korrupsiya ilə bağlı aksiyalar keçiriblər. Daha sonra onlar prezidentin istefasını tələb etməyə başlayıblar.
BMT iğtişaşlar nəticəsində azı 22 nəfərin öldüyünü və 100-dən çox insanın yaralandığını bildirsə də, ölkənin hakimiyyət orqanları bu məlumatı təkzib edib.