16:21
0°C
Bakı
"HƏMAS-ın saxladığı girovlar Qəzzadan qaytarıldıqdan sonra İsrailin əsas vəzifəsi anklavda hərəkat üzvlərinin istifadə etdiyi tunelləri məhv etmək olacaq".
Moderator.az bildirir ki, bunu İsrailin müdafiə naziri İsrael Kats "X" sosial şəbəkə hesabında yazıb.
"Girovların qaytarılmasından sonra İsrailin əsas vəzifəsi həm birbaşa SAXAL tərəfindən, həm də ABŞ-nin rəhbərliyi və nəzarəti altında yaradılacaq beynəlxalq mexanizmin köməyilə Qəzza zolağında HƏMAS-ın bütün terror tunellərini məhv etmək olacaq", - deyə o vurğulayıb.