Ərdoğan sabah Qəzza sammiti üçün Misirə gedəcək
Dünya
528
09:50, Bu gün

Ərdoğan sabah Qəzza sammiti üçün Misirə gedəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Misirə səfər edəcək.

Moderator.az Türkiyənin NTV telekanalına istinadən verdiyi xəbərinə görə, Türkiyə Prezidenti Şərm əş-Şeyxdə Qəzza ilə əlaqədar keçiriləcək sammitdə iştirak edəcək.

Qeyd edək ki, oktyabrın 13-də Şərm əş-Şeyxdə Qəzza ilə əlaqədar sammit keçiriləcək. ABŞ Prezidenti Donald Trampın qatılacağı sammitə Azərbaycan da dəvət olunub.

Link kopyalandı!
Son xəbərlər