ABŞ hakimiyyət orqanları Salvador əsilli Kilmar Abreqo Qarsianı deportasiya edə bilmir.
Moderator.az xəbər verir ki, bu barədə "Politico" nəşri məhkəmə materiallarına istinadən məlumat yayıb.
Qeyd olunub ki, o, yazda ölkədən çıxarılıb və Salvador həbsxanasına göndərilib. Lakin sonradan onu ABŞ-yə qaytarıblar və ona Texas ştatı ərazisində qeyri-qanuni miqrantlara Amerika-Meksika sərhədini keçməkdə kömək göstərməkdə ittiham irəli sürülüb.
Avqustda Abreqo Qarsia həbsdən azad edilib, lakin iki gün sonra yenidən saxlanılıb.
Nəşrin məlumatına görə, üç Afrika ölkəsi Qarsianı qəbul etmək istəmir. İmmiqrasiya polisinin nümayəndəsinin sözlərinə görə, ABŞ-nin Uqanda və Esvatinini Salvador əsilli şəxsi qəbul etməyə razı salmaq cəhdləri nəticə verməyib. Bundan əlavə, Qana da Qarsianın öz ərazisinə deportasiyasına hazır olmadığını bildirib.