12:47
0°C
Bakı
Britaniyalı Kris Hattonun 20 funt-sterlinqə (təxminən 45 manat) aldığı pişik rəsminin rəssam Li Vudsun orijinal əsəri olduğu ortaya çıxıb.
Moderator.az xəbər verir ki, əhvalatı "Mirror" paylaşıb.
Məlumata görə, hazırda rəsmin dəyəri 450 funt-sterlinq (təxminən 1020 manat) və ya daha çox qiymətləndirilir.
47 yaşlı Hatton bir neçə ildir ki, təkrar satış üçün qiymətli əşyaların axtarışı lə məşğuldur. O, sözügedən rəsmi Dorsetdə bir mağazanın vitrininin yanından keçərkən görüb. Evdə tablonu çərçivəni içərisindən çıxaranda məlum olub ki, bu, ucuz reproduksiya deyil, rəssamın imzası olan orijinal əsərdir.