17:13
0°C
Bakı
Qəzza münaqişəsi ilə bağlı danışıqlar aparan Qətər nümayəndə heyətinin tərkibində olan ən azı üç diplomat Şarm əl-Şeyx yaxınlığında baş verən yol qəzasında həlak olub.
Moderator.az xəbər verir ki, bu barədə "Al Arabiya" televiziyası məlumat yayıb.
Qeyd olunub ki, Qətər nümayəndə heyətinin maşını Şarm əl-Şeyx Konqres Mərkəzinin yaxınlığında qəzaya düşüb. Hadisə nəticəsində 3 diplomat həlak olub, daha ikisi yaralanıb və onlar reanimasiyadadır.
Qeyd edək ki, oktyabrın 13-də Şarm əl-Şeyxdə "Sülh Sammiti" keçiriləcək və ona 20 ölkənin lideri dəvət olunub.