05:33
0°C
Bakı
Rusiyanın İrkutsk vilayətində Baykal gölündə iki gəmi toqquşub.
Moderator.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, qəza nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralananlardan biri xəstəxanaya yerləşdirilib, digər zərərçəkənə isə hadisə yerində tibbi yardım göstərilib.
Qəza Listvyanka kəndi yaxınlığında baş verib. Su hərəkəti təhlükəsizliyi qaydalarının pozulması ilə bağlı cinayət işi açılıb.