Ukrayna Rusiya və Şimali Koreyadan olan 8 fiziki şəxsə qarşı sanksiya tətbiq edib
Dünya
228
11 Oct 2025 | 22:30

Ukrayna Rusiya və Şimali Koreyadan olan 8 fiziki şəxsə qarşı sanksiya tətbiq edib

Ukrayna prezidenti Volodimir Zelenskinin göstərişi ilə Rusiya, Çin, Qazaxıstan və Türkiyədən yeddi rus fiziki və 14 hüquqi şəxsə qarşı sanksiya tətbiq edilib. 

Moderator.az xəbər verir ki, Zelenskinin imzaladığı fərman prezident ofisinin saytında yerləşdirilib.

Sanksiyalara məruz qalan səkkiz şəxs var. Bunlardan yeddisi rusiyalıdır. Onlarına arasında “Alrosa” şirkətinin baş direktoru Pavel Marinçev, Tula Patron Zavodunun direktoru Sergey Lukin və Şimali Koreyanın KOMID şirkətinin nümayəndəsi Rim Yonq Hyuk da var.

Hüquqi şəxslərə isə yeddi Rusiya istehsal şirkəti, dörd Çin firması və Türkiyə, Qazaxıstan və Seyşel adalarından bir şirkət daxildir. Sənəddə bu sanksiyaların Yaponiya ilə razılaşdırıldığı bildirilir.

Həmçinin qeyd edilir ki, bu ilin iyun ayından etibarən ABŞ, Kanada, Böyük Britaniya, Yaponiya və Aİ ilə sanksiyaların sinxronlaşdırılması çərçivəsində Kiyev 281 fiziki və 633 hüquqi şəxsə məhdudiyyətlər qoyub.

 

(APA)

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər