Dünyanın ən gözəl paytaxt şəhəri seçildi - GÖZLƏNİLMƏZ
Dünya
677
19:57, Bu gün

Dünyanın ən gözəl paytaxt şəhəri seçildi - GÖZLƏNİLMƏZ

Maltanın paytaxtı Valletta, “Conde Nast Traveller” jurnalının versiyasına görə dünyanın ən gözəl paytaxtları reytinqində birinci yeri tutub. Şəhər “Readers Choice Awards 2025” müsabiqəsində 100 mümkün baldan 97,33 bal toplayaraq Parisi, Afinanı və Lissabonu qabaqlayıb.

Səsvermədə 182 mindən çox oxucu iştirak edib. Onlar şəhərləri mədəniyyət, mətbəx və qonaqpərvərlik meyarlarına görə qiymətləndiriblər.

Maltanın turizm naziri Yan Borq bu mükafatı maltiylərin mədəni irsinin və qonaqpərvərliyinin tanınması kimi dəyərləndirib.

XVI əsrdə maltalı cəngavərlər ordeni tərəfindən salınmış Valletta ərazicə bir kvadrat kilometrdən az yer tutur və 1980-ci ildən UNESCO-nun Dünya İrsi Siyahısına daxildir. Şəhər barokko üslublu sarayları, möhkəm qala divarları və dar küçələri ilə tanınır.

Valletta həmçinin kino çəkilişləri üçün məşhur məkandır. Burada “Qladiator”, “Troya” və “Taxt-tac oyunları” serialının ilk bölümü çəkilib. Şəhər, həmçinin, Vestrosun paytaxtı Kral Limanının prototipi kimi qəbul olunur.

 

(Lent.az)

Link kopyalandı!
Son xəbərlər