Kişi aborta razı olmayan hamilə arvadını öldürdü
Dünya
877
11 Oct 2025 | 18:37

Kişi aborta razı olmayan hamilə arvadını öldürdü

Böyük Britaniyada hamilə qadın amansızlıqla öldürülüb.
 
Hadisə paytaxt Londonun Uolthemstou rayonunda baş verib.
 
47 yaşlı Şeyn Març 32 yaşlı sevgilisi Alana Odissosu bıçaqlayaraq öldürüb. Qadın hamiləliyini dayandırmaqdan imtina etdiyinə görə kişi bu addımı atıb.
 
Qonşular hadisədən əvvəl qadının “mən uşağımı öldürmək istəmirəm” deyə qışqırdığını eşidiblər.
İstintaqın məlumatına görə, cütlük dörd ay davam edən zorakı münasibətdə olub. Qətl idman ayaqqabısının qaytarılması ilə bağlı mübahisədən başlayıb, daha sonra qadının hamiləliyi üzərindən yaranan münaqişəyə çevrilib.
 
Qatil bıçaqlanmanı etiraf etsə də, qətl ittihamını inkar edir. Hadisənin bütün halları üzrə istintaq davam etdirilir.(lent.az)
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər