İranda rejim əleyhinə mahnılar ifa edən reper həbs edildi
Dünya
296
18:37, Bu gün

İranda rejim əleyhinə mahnılar ifa edən reper həbs edildi

İranda rejimi tənqid edən mahnıları ilə tanınan "Meşki" ləqəbli reper saxlanılıb.
 
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, reper qara maskada çıxış etdiyi videosuna görə həbs edilib.
 
Bildirilib ki, daha sonra o, başqa bir videoda maskasını çıxararaq əməllərindən peşman olduğunu deyib. Pepperoni pizza
 
"Üzrxahlıq" videosunda görünən "Delo" ləqəbli digər reperin də saxlanıldığı barədə məlumat verilib.
 
Son günlərdə İranda çoxlu sayda musiqiçi həbs edilib. Həbslərdən sonra şəbəkədə yerləşdirilən "tövbə videoları" geniş ictimai əks-səda doğurub.
 
Həbs edilənlər arasında Araş Səyyadi və Əşkan Şakerian Müqəddəm kimi musiqiçilər də var.
Link kopyalandı!
Son xəbərlər