00:32
0°C
Bakı
Danimarkanın Baş naziri Mette Frederiksenin əri Bo Tenqberq Ukrayna Prezidenti Volodimir Zelenski haqqında film çəkəcək.
Bu barədə "Ekstra Bladet" nəşri məlumat verib.
Məlumata görə, Tenqberqin "Seabird Production" şirkəti dövlət tərəfindən maliyyələşdirilir.
Baş nazirin ərinin şirkəti ötən il Danimarka Film İnstitutundan, təxminən, 25 min avrodan çox pul alıb.
Qeyd edilir ki, Tenqberq həyat yoldaşı sayəsində həm Ukraynada, həm də Danimarkada keçirilən rəsmi tədbirlər zamanı Zelenski ilə yaxın münasibət qurub.