Nobel Sülh Mükafatı ilə bağlı irad:
Dünya
574
12:59, Bu gün

Nobel Sülh Mükafatı ilə bağlı irad: "İndi bu mükafat qiyamçılara və hərbi cinayətkarlara təqdim edilir"

İspaniyanın solçu "Podemos" Partiyasının baş katibi İone Belarra bu il Nobel Sülh Mükafatının təqdim edilməsi ilə bağlı öz narazılığını ifadə edib.
 
Moderator.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
 
İ.Belarra bildirib ki, indi bu mükafat qiyamçılara və hərbi cinayətkarlara təqdim edilir.
 
Siyasətçi son illərdə beynəlxalq təsisatlara etimadın durmadan azaldığını da vurğulayıb.
 
Qeyd edək ki, Norveç Nobel Komitəsi 2025-ci il Nobel Sülh mükafatını Venesuela xalqının demokratik hüquqlarının inkişafı yolunda yorulmaz fəaliyyətinə və diktaturadan demokratiyaya ədalətli və sülh yolu ilə keçidə nail olmaq uğrunda apardığı mübarizəyə görə Mariya Korina Maçadoya təqdim edib.
Link kopyalandı!
Son xəbərlər