Atəşkəsdən sonra Qəzzanın şimalına 200 minə yaxın sakin qayıtdı
Dünya
329
10:51, Bu gün

Atəşkəsdən sonra Qəzzanın şimalına 200 minə yaxın sakin qayıtdı

Atəşkəs elan edildikdən sonra Qəzza zolağının şimal bölgəsinə təqribən 200 min nəfər geri dönüb.
 
Moderator.az xəbər verir ki, bu barədə Qəzzada HƏMAS-ın nəzarətində olan Mülki Müdafiə Agentliyi məlumat yayıb.
 
Bildirilir ki, İsrail və HƏMAS arasında atəşkəs razılaşması əldə edilib.
 
Razılaşma oktyabrın 10-da İsrail qoşunlarının Qəzzadan qismən çıxarılmasından sonra qüvvəyə minib.
 
Qeyd olunur ki, tərəflər döyüş əməliyyatlarını tamamilə dayandırmaq və girovlarla məhbusların mübadiləsi üçün təhlükəsiz şəraitin yaradılmasını təmin etməyi öhdələrinə götürüblər.
 
Link kopyalandı!
Son xəbərlər