Bizi sosial şəbəkələrdən izləyin:
ABŞ Prezidenti Donald Tramp Çinin ABŞ-a ixrac etdiyi məhsullara əlavə 100 faiz tarif tətbiq edəcəyini açıqlayıb.
Moderator.az xəbər verir ki, ABŞ Prezidenti bu barədə sosial media hesabında yazıb. O, qərarın noyabrın 1-dən qüvvəyə minəcəyini deyib.
Prezident bu addımı Çinin nadir torpaq elementlərinə ixrac nəzarəti tətbiq etdiyi üçün atdığını bildirib.