Filippində baş verən zəlzələdə ölənlərin sayı artdı
Dünya
960
09:08, Bu gün

Filippində baş verən zəlzələdə ölənlərin sayı artdı

Filippinin cənubunda baş verən zəlzələdə həlak olanların sayı yeddiyə çatıb, 11 nəfər yaralanıb.
 
Moderator.az xəbər verir ki, bu barədə Filippinin Təbii fəlakətlərin təhlükəsinin azaldılması və nəticələrinin aradan qaldırılması üzrə Milli Şura məlumat verib.
 
Bildirilir ki, fəlakətdən 8.4 min nəfər zərər çəkib, onlardan, təxminən, səkkiz mini təxliyə mərkəzlərində yerləşdirilib.
 
Xatırladaq ki, Filippində oktyabrın 10-da səhər saatlarında maqnitudası 7.4 olan zəlzələ baş verib. Həmin gün axşam saatlarında maqnitudası 6.8 olan yeraltı təkanlar qeydə alınıb. Filippin seysmoloqları 700-dən çox afterşok qeydə alıblar. Şərqi Davao, Şərqi Samar, Cənubi Leyte və Şimali Suriqao əyalətləri fəlakətin təsiri altına düşüb, burada sunami haqqında xəbərdarlıq elan olunub.
 
Filippinin Sebu əyalətində oktyabrın 1-də baş verən zəlzələ nəticəsində isə 72 nəfər həlak olmuş, 294 nəfər yaralanmışdı.
 
Link kopyalandı!
Son xəbərlər